COVID-19-un erkən simptomlarıbackend

COVID-19-un erkən simptomları

ABŞ-dakı Mayo Klinikasının həkimləri koronavirusun respirator təzahürlərindən əvvəl meydana çıxan simptomlardan danışıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Daily Express” məlumat yayıb.

Mütəxəssislərin fikrincə, xəstəlikdən əvvəl iştahsızlıq, ürək bulanması, qusma və ishal daxil olmaqla yüngül mədə-bağırsaq simptomları ola bilər.

Həkimlər bunların əsas infeksiya əlamətləri olmadığını və yalnız bir gün davam edə biləcəyini deyiblər.

Onlar ürəkbulanmanın bir sıra digər xəstəliklər barədə də siqnal verə biləcəyini xatırladıblar. COVID-19-da isə ürəkbulanma öskürək, hərarət, dad və qoxu itkisi ilə müşayiət olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*