COVID-19 vaksini vurulan İsrail vətəndaşı öldübackend

COVID-19 vaksini vurulan İsrail vətəndaşı öldü

Yaşlı İsrail vətəndaşı koronavirusa qarşı “Pfizer” peyvəndi olunduqdan sonra infarkt keçirib.

KONKRET.az xəbər verir ki, bu  barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

“Ölkənin şimalından, ürək xəstəliyindən və xərçəngdən əziyyət çəkən, əvvəllər bir neçə dəfə infarkt keçirən 75 yaşlı kişi bu gün səhər koronavirus əleyhinə peyvənd edildi və peyvənd olunduqdan bir müddət sonra evdə ölüb”, – deyə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunur.

Hadisəni araşdıran komissiyadan bildirilib ki, ölümün peyvəndlə hansısa əlaqəsi aşkar etməyib, peyvənd kampaniyası davam edir.

Xatırladaq ki, İsraildə COVID-19-a qarşı əhalinin kütləvi peyvəndlənməsi 20 dekabrda başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*