“Ermənistan öz sərhədləri daxilində KTMT üzvüdür. “Dağlıq Qarabağ Respublikası” bu təşkilatın üzvü deyil. Bundan əlavə, çox təəssüf ki, KTMT-də Azərbaycanla yaxın tərəfdaşlıq əlaqələri saxlayan dövlətlər var. Ona görə də bizim KTMT-dən yaxşı nəsə gözləməyimiz yersizdir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan bu gün jurnalistlərə verdiyi müsahibədə deyib.
Ermənistan sərhədindəki son hadisələrə gəlincə, vitse-spiker deyib ki, “KTMT sammitində şəxsən təşkilatın bu məsələyə müdaxiləsini istədim. Rusiya Dövlət Dumasının sədri, təşkilatın baş katibi Stanislav Zasdan erməni tərəfinin vəziyyətinin nəzər alınmasını xahiş etdim”.
KONKRET.az