“Çox vaxtımız yoxdur…” – Zelenskibackend

“Çox vaxtımız yoxdur...” - Zelenski

Ukrayna rəhbərliyi növbəti Sülh Sammitini mümkün qədər tez keçirmək və sülhə gətirəcək fəaliyyət planının daha tez hazırlanmasını istəyir.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi mətbuat konfransında deyib.

“Müxtəlif qitələrdən bu qədər ölkəni bir yerə(Sammitə-red.) toplamaq çox çətin idi. İndi bizə növbəti addımlar lazımdır. Növbəti addımlar Putinin ölkəmizə gətirdiyi bu müharibənin hər böhran maddəsi üçün plan üzərində işləməkdir. Biz bu planı aylar ərzində hazırlamalıyıq”, – Zelenski deyib .

Prezident qeyd edib ki, Ukraynanın vaxtı azdır: “Bizim çox vaxtımız yoxdur, çünki çoxlu insan ölür. Ona görə də biz müharibənin uzun illər davam etməsini istəmirik. Buna görə biz bu planı mümkün qədər tez hazırlamaq istəyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*