Çoxmənzilli binaların idarə edilməsində hansı dəyişikliklər edilir?backend

Çoxmənzilli binaların idarə edilməsində hansı dəyişikliklər edilir?

KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Ali Məclis Senatının iyirmi üçüncü plenar iclasında “Çoxmənzilli binaların idarə edilməsi haqqında” Özbəkistan Respublikasının qanunu senatorlar tərəfindən müzakirə edilərək təsdiq edilib. Öz növbəsində Prezident də bu qanunu imzalayıb.

Ali Məclis Senatının üzvü Şuhrat Çolılıyev bildirib ki, qanun əmlakın mülkiyyət kimi istifadəsi, təhvil verilməsi və  ümumi əmlakın saxlanmasını müəyyən edir. Qonuna görə torpaq mülkiyyətçisinin ümumi əmlakdakı payı maddi olaraq ayrıla bilməz. Sənəddə mənzillərin vəziyyəti, mənzil üzərində hüquq və vəzifələr müəyyənləşdirilib.

Eyni zamanda, qanun qeyri-yaşayış mənzillərinin sahiblərinin də mənzilin idarə olunmasında iştirak etməsini, ümumi əmlakın saxlanmasına çəkilən ümumi xərcləri də müəyyən edir.

Qanun yaşayış evlərini tənzimləyən ümumi qaydaları tənzimləyir. Həmin qaydalara görə, ev sahiblərinin ümumi yığıncağı çoxmənzilli binanın ali idarəetmə orqanıdır və ümumi yığıncağın çağırılması qaydası, səlahiyyət və qərar qəbuletmə prosesi bu qanunda nəzərdə tutulub.

Mənzilin idarə edilməsi üsulu (1 – birbaşa sahiblər tərəfindən, 2 – idarəedici təşkilat və ya menecer tərəfindən, 3 – mülkiyyətçilərin birlikləri tərəfindən) ev sahiblərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir;

Çoxmənzilli binalar üçün idarəetmə təşkilatı və ya menecer seçimi nəzərdən keçirilir.

Çoxmənzilli binalara dövlət dəstəyi, rəqabətin inkişafı, vergi güzəştləri ilə təmin edilməsi, çoxmənzilli binaların idarə edilməsində kadrların hazırlanması hesabına təmin edilməsi də nəzərdə tutulur. .

Bu Qanun 1 Avqust 2020-ci ildə qüvvəyə minir.

Eyni zamanda, Özbəkistanın Nazirlər Kabineti Daşkənd şəhərinin Yakkasaray rayonunda, Cizzax və Margilan şəhərlərində çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bu Qanunun normalarının təsdiq edilməsi ilə bağlı hüquqi təcrübə aparmalıdır.

1 iyun 2020-ci il tarixədək bu Qanunun normalarının daha da təkmilləşdirilməsi və respublikanın digər bölgələrində tətbiqi barədə Ali Məclisin Qanunvericilik Palatasına təkliflər verilməlidir.

Bu tədbirlər qanunun müddəalarının praktiki səmərəliliyini və Qanunun normalarını təkmilləşdirmək məqsədi ilə Qanunun qüvvəyə minməsindən əvvəl ayrı bir sahədə sınamağa imkan verir.

Sonda bu qanunun qəbul edilməsi ev sahiblərinin hüquq və qanuni mənafelərinin qorunmasına, bu əmlakdan səmərəli istifadəyə, mənzillərdəki əmlak təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət etmək üçün effektiv mexanizmlərin yaradılmasına kömək edəcək.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*