“Crocus City Hall” yanır – VİDEObackend

“Crocus City Hall” yanır - VİDEO

Xəbər verdiyimiz kimi, Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib. İlkin məlumata görə, nəticədə 40 nəfər həlak olub, 100 nəfər isə yaralanıb. 

KONKRET.az-ın Rusiya mediasına istinadən məlumatına görə, insidentin ardınca binada güclü yanğın qeydə alınıb.

TASS yanğının hazırda binanın üçdə bir hissəsini əhatə etdiyini yazıb.

Bildirilir ki, təxminən 100 nəfər “Crocus City Hall”dan yanğınsöndürənlərin köməkliyi ilə çıxarılıb.

Binanın damından qaldırıcı mexanizmlər vasitəsilə insanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*