Culfada avtomobil ana və qızını vurdubackend

Culfada avtomobil ana və qızını vurdu

Culfa rayonunda avtomobil iki piyadanı vurub

KONKRET.az xəbər verir ki, gecə saatlarında baş verən hadisə zamanı rayonun Yaycı kənd sakini, 1993-cü il təvəllüdlü Rəhimov Naim Əlirza oğlu idarə etdiyi BMW markalı avtomobil ilə həmin kənd sakinləri -1981-ci il təvəllüdlü Kələntərova Tərifə Camal qızı və onun qızı, 2017-ci il təvəllüdlü Kələntərova Nur İlham qızını vurub.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

N. Kələntərovanın vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə təxliyyə olunub.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*