Türkiyədə Səlimiyyə məscidində Cümə namazı başlamazdan əvvəl həyəcan yaşanıb.
KONKRET.az Okan T. adlı bir nəfər minbərə çıxaraq “bu məscid mənə aiddir, burdan getməyəcəyəm” deyə qışqırıb.
Onun uzun müddət minbərdən düşmədiyini görən ətrafdakı insanlar polis orqanlarına məlumat veriblər. Təhlükəsizlik işçilərinin səyi nəticəsində Okan T. minbərdən endirilib.
O, əvvəlcə sağlamlığının yoxlanılması üçün xəstəxanaya, daha sonra ifadəsinin alınması üçün Polis Bölməsinə aparılıb.
Qeyd edək ki, məscid təhlükəsizlik səbəbilə təxminən 2 saat bağlı saxlanılıb.
Hazırladı: Günel MUSEYİB