Cüneyt Çakır “Qarabağ”ın oyunundabackend

Cüneyt Çakır “Qarabağ”ın oyununda

Türkiyənin FİFA dərəcəli keçmiş hakimi Cüneyt Çakır “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda keçirəcəyi oyuna təyinat alıb.

KONKRET.az xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi Ağdam klubunun Portuqaliyada “Benfika”ya qarşı oynayacağı matçın hakim-inspektoru olacaq.

Qeyd edək ki, sentyabrın 16-da Lissabonda təşkil ediləcək “Benfika”-“Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*