CZN Burakın atası danışdı: “Zəlzələ bölgəsində reklam üçün yardım etdi”backend

CZN Burakın atası danışdı: "Zəlzələ bölgəsində reklam üçün yardım etdi"

Sosial media fenomeni CZN Burak kimi tanınan Burak Özdəmir atası tərəfindən aldadıldığını iddia edərək şikayət edib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, iddialardan sonra danışan atası İsmail Özdəmir oğlunu və keçmiş həyat yoldaşını qınayıb:

“Bunun fırıldaqla heç bir əlaqəsi yoxdur. O, həmişə zəlzələ bölgəsində reklamlar üçün yardım edib, ürəkdən bunu etməyib. Sosial mediada mən dəstək oldum, iki il əvvələ qədər Burak deyə biri yox idi”.

Qeyd edək ki, CZN Burak bu yaxınlarda verdiyi açıqlamada atası tərəfindən aldadıldığını və adının hallandığı restoranlarla bütün əlaqələrini kəsdiyini bildirib. O, qarajındakı ​​ən son model avtomobilləri sataraq İstanbulda restoranlar açacağını bildirib.

Xatırladaq ki, Burak Özdəmirin anası Didem Bozbura da İstanbul Universitetində rüşvət aldığı iddiası ilə mühakimə olunub. O, hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*