Dağıstan məhkəməsi Hacıyevlə bağlı qərar verdibackend

Dağıstan məhkəməsi Hacıyevlə bağlı qərar verdi

Mahaçqalanın Sovetski Rayon Məhkəməsi Dövlət Dumasının Dağıstandan olan keçmiş deputatı Maqomed Hacıyev, onun oğlu, bacısı və biznes üzrə şəriki barədə qərar çıxarıb.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Xronika Kavkaz” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Rusiya Baş Prokurorluğunun təqdimatı əsasında onların ekstremist təşkilatın üzvləri kimi tanınması haqqında inzibati iddia təmin edilib.

Rəsmi açıqlamada bildirilir ki, Hacıyev və onun nəzarətində olan şəxslərin “Kiyev rejiminin Donbass əhalisinə qarşı silahlı təcavüzü”nə maddi və digər dəstək göstərməsi ilə bağlı müəyyən faktlar mövcuddur. Bu səbəbdən məhkəmə onların Rusiya Federasiyasının ərazisində fəaliyyətinə qadağa qoyub.

Qərara əsasən, ailəyə məxsus ümumi dəyəri 2 milyard rublu aşan əmlaka da həbs qoyularaq dövlət xəzinəsinə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*