Dağıstanlı idmançı Həbibin atası vəfat etdibackend

Dağıstanlı idmançı Həbibin atası vəfat etdi  

UFC çempionu Həbib Nurməhəmmədovun koronavirusa yoluxan atası Abdulmanap vəfat edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Çeçenistan rəhbəri Ramzan Kadırov yayıb.

“Dostlar, Abdulmanap Nurməhəmmədovun bu dünyanı tərk etməsi barədə kədərli bir xəbər gəldi. Mən bütün çeçen xalqı adından Abdulmanap Maqomedoviçin ailəsinə səmimi qəlbdən başsağlığı verirəm! O, yaxşı bir ad qoyub, layiqli bir nəsil yetişdirərək bizi tərk etdi! Uca Allahın istəyi belədir! ” – Kadırov öz Telegram kanalında yazıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*