Dağlıq rayonlarda 5 dərəcəyədək şaxta olub – FAKTİKİ HAVAbackend

Dağlıq rayonlarda 5 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Dekabrın 23-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən xəbərə görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Sumqayıt, Şamaxı, Qobustan, Kürdəmir, Cəfərxanda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 2 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*