Daha bir CHP-çi rüşvətə görə SAXLANILDIbackend

Daha bir CHP-çi rüşvətə görə SAXLANILDI

Antalya vilayətinin Manavgat şəhərinin meri Niyazi Nefi Kara saxlanılıb.

KONKRET.az-ın TRT Haber-ə istinadən məlumatına görə, xəbər verir ki, saxlanılan şəhər başçısı Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvüdür. Onunla yanaşı, merin müavinləri də daxil olmaqla ümumilikdə 34 nəfər hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Türkiyə mediasının məlumatına görə, o, Manavgat bələdiyyəsində rüşvət, hədə-qorxu ilə pul tələb etmə və vəsaitlərin mənimsənilməsi ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanılıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*