Sosial şəbəkələrdə əməliyyat proseduru ilə bağlı daha bir qeyri-etik görüntülər yayılıb.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Pərvin Abışova sosial şəbəkə hesabında paylaşım edib. Görüntülərdə qadın xəstənin bədəni çılpaq halda nümayiş olunub.
Jurnalist bildirib ki, videoda Abdullayeva Gülbədə digər həmkarları ilə sözügedən məqamda oynayaraq videoçəkiliş edib.
Pərvin Abışova qeyd edib ki, adıçəkilən tibb işçisi əvvəl saç ustası olub.
Məsələ ilə bağlı Lent.az Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlayıb. Mərkəzdən hadisədən xəbərdar olduqları və bu istiqamətdə araşdırma aparıldığı bildirilib.
Qeyd edək ki, Lent.az etik səbəblərdən videonun bəzi hissələrini örtüb.