Bakıdan əsirlikdən qayıdan əsgər Ermənistanda həbs edilib.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə vəkil Karmen Poqosyan SputnikArmenia-ya bildirib. O deyib ki, Ermənistanın Apellyasiya Məhkəməsi hərbçilərdən birinin N.Y.-nin həbsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib.
Müdafiə tərəfi qərardan Kassasiya Məhkəməsinə şikayət etmək, habelə həbs qətimkan tədbirini girov müqabilində həbsə dəyişdirmək niyyətindədir.
Buna görə erməni əsirlər artıq Bakıdan qayıtmaq istəmirlər.
Xuraman Etibarlı,
KONKRET.az