Daha bir güləşçimiz Avropa çempionu oldubackend

Daha bir güləşçimiz Avropa çempionu oldu

Azərbaycanlı güləşçi Günay Qurbanova İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

KONKRET.az xəbər verir ki, bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn qadın güləşçimiz finalda türkiyəli Sevim Akbaşla qarşılaşıb.

Həlledici görüşdə həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.

Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U-23 Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, ötən gün 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ayxan Cavadov da Avropa çempionu titulunu qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*