Daha bir hərbçimizin şəhid xəbəri gəldi – FOTObackend

Daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO

Vətən müharibəsində itkin düşən Müddətdən Artıq Hərbi Qulluqçu, kiçik çavuş Anar Siyavuş oğlu Nurullayevin şəhid olduğu müəyyənləşib.

KONKRET.az xəbər verir ki, qafqazinfo-ya bu barədə şəhidin əmisi Ziya Nurullayev məlumat verib.

O qeyd edib ki, hərbçi sabah doğulduğu kənddə torpağa tapşırılacaq:

“Bizə Müdafiə Nazirliyindən məlumat verilib ki, şəhidimizin nəşi bu gün Sabirabad rayonuna göndəriləcək. Sabah saat 14:00-da isə doğulduğu Osmanlı kəndində dəfn olunacaq”.

Z. Nurullayevin sözlərinə görə, qardaşı oğlu müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. Goranboy istiqamətində döyüşlərdə iştirak edən hərbçidən sentyabrın 30-dan bəri xəbər olmayıb. Şəhidin kimliyinin müəyyənləşdirilməsi üçün ailəsindən DNT analizi götürülmüşdü.

Qeyd edək ki, Anar Nurullayev 2001-ci ildə Sabirabad rayonunun Osmanlı kəndində dünyaya gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*