Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi müəyyən edilib.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Məlumata görə, 2 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə itkin düşən Kərimli Qalası Müslüm oğlunun şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz 2000-ci ildə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulub. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Kərimli Qalası Müslüm oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib.