Türkiyənin tanınmış aktrisası və aparıcısı Pınar Altuğun sosial media hesabı oğurlanıb.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda P.Altuğ özü məlumat verib.
Zəlzələnin ilk günündən hayat yoldaşı Yağmur Atacanla yardım kampaniyasına dəstək verən sənətçi, hesablarını oğurlayanlara və onun adından dələduzluq edənlərə təpki verib.
O, izləyicilərini ayıq olmağa və onları dələduzlara aldanmamağa çağırıb.
Onun həyat yoldaşı Yağmur Atacan da məsləyə reaksiya bildirərək bunları deyib:
“Bu insanlara nə deyəsən? Onlara ancaq xain və qansız demək olar”.
Xatırladaq ki daha öncə aktyor Oktay Kaynarca da bənzər problemlə qarşılaşaraq polisə müraciət etmişdi.