Peruda yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1 milyonu ötüb.
KONKRET.az “worldometers”ə istinadən xəbər verir ki, indiyədək ölkədə 1 000 153 nəfərdə koronavirus aşkarlanıb.
Onlardan 37 218-i vəfat edib, 936 182-si sağalıb.
Hazırda ölkədə 26 753 aktiv koronavirus xəstəsi var ki, onlardan da 1 111-nin vəziyyəti ağır qiymətləndirilir.