“Royal Dutch Airline CLM”-ə məxsus Boeing 737-800 tipli təyyarə Oslodan Amsterdama gedərkən Sandefjord hava limanına yönləndirilib.
KONKRET.az xəbər verir ki, sərnişin təyyarəsi təcili eniş zamanı uçuş-enmə zolağından çıxıb və çəmənlik əraziyə sürüşüb.
Təyyarədə olan 176 sərnişin və 6 ekipaj üzvünün hamısının vəziyyəti yaxşıdır.
Təyyarənin hidravlik sistemin nasazlığı səbəbindən təcili eniş etdiyi bildirilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az