Yaponiyanın Naqasaki sahillərində təcili yardım helikopteri dənizə düşüb.
KONKRET.az xəbər verir ki, 6 nəfərin olduğu helikopterdə 3 nəfər ölüb, 3 nəfər isə sağ-salamat xilas edilib.
Dənizdə helikopterə ciddi ziyan dəyməyib.
Qəza ilə bağlı araşdırma başladılıb.
Xəbər alındıqdan sonra naviqasiya marşrutu boyunca axtarışlar aparılıb və helikopter dəniz səthində tərs vəziyyətdə aşkar edilib.
Aynurə İsmayıl
KONKRET.az