Daha bir təyyarə qəzasının kadrları yayıldı – VİDEO backend

Daha bir təyyarə qəzasının kadrları yayıldı - VİDEO 

Hindistanda “Boeing 787 Dreamliner” təyyarəsinin havaya qalxması və daha sonra qəzaya uğraması ilə bağlı kadrlar yayımlanıb.

KONKRET.az xəbər verir ki, Pakistan “Air India” təyyarəsinin qəzaya uğraması ilə bağlı Hindistana başsağlığı verib.

Pakistanın baş naziri Şahbaz Şərif sosial şəbəkədə yazıb: “Bu gün Əhmədabad yaxınlığında “Air India” təyyarəsinin faciəvi qəzaya uğramasından kədərlənirik. Bu düzəlməz itkiyə görə, mərhumların ailələrinə başsağlığı veririk. Düşüncələrimiz və dualarımız bu ürəkağrıdan faciədən zərər çəkənlərin hamısı ilədir”.

Qeyd edək ki, Londona uçan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” sərnişin təyyarəsinin qəzasından sağ qalan yeganə şəxs bildirib ki, havaya qalxandan dərhal sonra güclü partlayış eşidib. Bundan sonra təyyarə qəzaya uğrayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*