Daha bir türk ölkəsindən gözlənilməz addım – Fotobackend

Daha bir türk ölkəsindən gözlənilməz addım - Foto

Qazaxıstandan sonra Türkmənistan da Kipr Respublikasında səfirlik açıb.

KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.

Rəsmi Aşqabat artıq Kiprə Komekovu səfir təyin edib. Respublikanın xarici işlər naziri türkmən səfirlə bir araya gəlib və görüşdən foto paylaşıb. O, bu addımı “iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi” adlandırıb.

Türk dünyasında Şimali Kiprlə Türk Cümhuriyyəti ilə bağlı gərginliyin artdığı bir zamanda Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvü olan Türkmənistanın bu qərarı birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Qazaxıstan da ötən ay Kipr Respublikasında səfirlik açıb və bura nümayəndə təyin edib. Bu ölkə TDT-nin tamhüquqlu üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*