Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edildibackend

Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 123 nömrəli şəhərətrafı və 56 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

KONKRET.az xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Sentyabrın 5-də keçirilən müsabiqədə 123 nömrəli şəhərətrafı (Sumqayıt şəhəri, Sülh küçəsi – “Azadlıq prospekti” metro stansiyası) marşrut üzrə hüquqi şəxs “F.Rövşən” İM və 56 nömrəli şəhərdaxili (Bayıl yaşayış sahəsi – Səbail rayonu, Salman Mümtaz küçəsi) marşrut üzrə hüquqi şəxs “Xan Nəqliyyat” MMC komissiya üzvləri tərəfindən qalib elan olunublar.

Qeyd edilib ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*