Daha iki erməni deputat COVID-19-a yoluxdubackend

Daha iki erməni deputat COVID-19-a yoluxdu

Ermənistan parlamentinin iki üzvü müsbət nəticə göstərən koronavirus üçün testlərdən keçdiklərini bildiriblər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Bu gün hakim “Mənim addımım” fraksiyasının deputatı Viktor Yengibaryan COVID-19 infeksiyası barədə məlumat verib.

“Dünən günortadan sonra testdən keçdim. Nəticə müsbətdir. Səhhətimdə problem yoxdur, evdə özümü izolyasiya etdim” deyə Yengibaryan Facebook-da yazıb.

Daha sonra eyni hökumətyönlü fraksiya üzvü Kristina Poqosyan Sputnik Ermənistana deyib ki, ona koronavirus diaqnozu qoyulub.

Poqosyan qeyd edib ki, bir gün əvvəl müsbət test nəticəsi barədə məlumat əldə edib, lakin üç gün səhhətinə görə işdə görünməyib. Hazırda o, evdə təcrid olunur, ümumiyyətlə, zəifliyinə baxmayaraq özünü daha yaxşı hiss edir.

Xatırladaq ki, müxalif “Çiçəklənən Ermənistan” fraksiyasından Parlamentin vitse-prezidenti Vaqe Enfiajyan koronavirusa yoluxduğunu, lakin özünü yaxşı hiss etdiyini, şikayətlərin olmadığını bildirib.

Enfiajyan koronavirus aşkarlanan ilk erməni parlamentarisi idi.

Ermənistanda koronavirusun yayılması ilə mübarizə üçün 16 mart – 13 iyul arasında fövqəladə vəziyyət elan edilib.

Bu günə qədər ölkədə 21.717 yoluxma hadisəsi aşkar edilib, 10.797 xəstə müalicə olunub, 386 nəfər ölüb.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*