Daily Mail: İngilis turist Taylandda yoxa çıxdıbackend

Daily Mail: İngilis turist Taylandda yoxa çıxdı

Britaniyalı turist Taylanda qayıqla ekskursiyaya çıxıb və fırtına zamanı gəmi batdıqdan sonra izsiz yoxa çıxıb.

KONKRET.az Daily Mail-a istinadən xəbər verir ki, Braytondan olan 57 yaşlı Milli Yanq Taylanda səyahət etmək arzusunda olub və oraya dostları ilə gəlib.

Şənbə günü, dekabrın 23-də şirkət Phang Nga əyalətinə qayıqla səfər təşkil edib. Lakin güclü dalğalar səbəbindən turistlərin olduğu qayıq aşıb və suda batıb.
12 turist və 4 ekipaj üzvünün yaxınlıqdakı balıqçılar tərəfindən sudan xilas edildiyi məlum olub. Lakin Yanq və gəmidə aşpaz olan başqa bir taylandlı qadın dənizdə yoxa çıxıblar.
Qadınları axtarmaq üçün onlarla qayıq və bir helikopter göndərilib, lakin üç gün keçsə də, onları tapmaq mümkün olmayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*