Danielyan: “Bizdə məlumat var ki, Azərbaycana yeni ərazilər veriləcək”backend

Danielyan: "Bizdə məlumat var ki, Azərbaycana yeni ərazilər veriləcək"

“Hakimiyyətdə olan bir qrup şəxs Türkiyə-Azərbaycan tandeminin maraqlarına xidmət edir”.

KONKRET.az xəbər verir ki, bunu “Vətən naminə Tavuş” hərəkatının üzvü Qarnik Danielyan vətəndaşlarla görüşündə deyib.

“Dağıdıcı nəticələrə gətirib çıxaran depatriasiya bu gün də Ermənistanda davam edir. O insanlar fikirləşirdilər ki, biz Qarabağı verməliyik, əmin-amanlıq içində yaşamalıyıq. Amma bu gün gördük ki, Qarabağ bizim möhkəm qalamız idi, uzun illər təhlükəsizliyimizin qalası, təminatı olan müqəddəs vətənimiz idi. Azərbaycan indi təzminat tələb edir, öz növbəsində Ermənistan ərazisinin bir santimetrini belə tanımayıb. Həmin tələbə görə, Azərbaycan Ermənistana çox böyük maliyyə tələbi təqdim edib. Bizdə məlumat var ki, bu tələb yerinə yetirilməsə, pul əvəzinə yeni ərazilər veriləcək, Sevan (Göyçə) Aərbaycana veriləcək, Zəngəzur mis-molibden kombinatı bağlanacaq. Bu, fantaziya deyil. Artıq iş o yerə çatıb ki, Azərbaycan deyir ki, siz Konstitusiyanı dəyişin”.

Danielyan qeyd edir ki, “Bu hakimiyyət artıq bütün qırmızı xətləri keçib və biz onlar üçün türklərdən və azərbaycanlılardan daha təhlükəli olmuşuq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*