Danielyan: “Ölkə hara gedir, hansı kursla idarə olunur, məlum deyil”backend

Danielyan: "Ölkə hara gedir, hansı kursla idarə olunur, məlum deyil"

“Ermənistanın praktiki olaraq dövlət kimi xarici siyasət strategiyası yoxdur, ölkə hara gedir, hansı kursla idarə olunur məlum deyil”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib: “Düşünürəm ki, Ermənistanın nə baş naziri, nə Xarici İşlər Nazirliyinin rəhbəri, nə də digər əsas rəsmiləri bu suala cavab verə bilməyəcəklər. Çünki onlar özləri Ermənistanın hara getdiyini bilmirlər”.

Ekspert daha sonra bildirib ki, dünyada baş verən ictimai-siyasi hadisələrin Ermənistana təsirini təhlil etmək lazımdır: “Türkiyə ilə Rusiya arasında yaxınlaşma var və bunun fonunda, Ermənistan əziyyət çəkir”. Danielyan daha sonra əlavə edib ki, Ermənistanın başına gələn hadisələr hələ 2016-cı ildə bəlli idi: “Ona görə də Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan güzəştlərin zəruriliyindən danışmağa başlamışdı. Burada həqiqətən də əvvəlki hökumətdən soruşmaq lazımdır ki, gözlənilən təhlükəni xalqa niyə çatdırmayıb?”

Danielyanın fikrincə, hazırkı hakimiyyət proseslərin bütün mənzərəsini açıq şəkildə ictimaiyyətə təqdim edə bilmir və buna cəhd edəndə də etirazlarla qarşılanır. Ermənistanda bu funksiyaları öz üzərinə götürə biləcək effektiv siyasi sistem mövcud deyil və  bu da milli təhlükəsizlik maraqlarımıza ziddir”.

“Qarabağda baş verənləri əvvəlcədən proqnozlaşdıran hakimiyyətin mövqeyi ilə razısınızmı?” sualına Danielyanın cavabı belə olub:  “Küçədən gələn adam olduğu üçün proseslərin hara getdiyini anlamırdı. Azərbaycandan fərqli olaraq, Ermənistanda hökumət tərəfindən maliyyələşdirilən beyin mərkəzləri yox idi və buna görə də geosiyasi proseslərin hara getdiyi, bu və ya digər mərhələdə ölkənin strategiyasının necə olacağı ilə bağlı heç bir anlayışa malik deyldi. Beyin mərkəzlərinin maliyyələşdirilməsi üzrə Ermənistan xeyli insan, ərazi və maddi itkilər verib”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*