Danimarka sevgililər üçün sərhədləri açdıbackend

Danimarka sevgililər üçün sərhədləri açdı

Danimarka səlahiyyətliləri, digər Şimal ölkələri və Almaniya ilə sərhəd nəzarətlərini ləğv edərək, koronavirus infeksiyasının yayılması nəticəsində tətbiq olunan karantin səbəbindən ayrılan cütlüklərin yenidən görüşməsinə icazə verib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Mənbə bildirir ki, sevgililər ən azı altı ay münasibətdə olduqlarını sübut etməlidirlər.

Bazar ertəsi mayın 25-də cütlüklər yenidən birləşə bilərlər.

Bununla birlikdə, səlahiyyətli orqanlara şəxsi yazışmaları, ümumi fotoşəkilləri göstərməli və ya tərəfdaşı haqqında bəzi məlumatlar verməlidirlər.

Bu fikrin cəmiyyətdə tənqid olunduğu bildirilir.

“Mən başqa belə ölkə tanımıram ki, ora daxil olanda intim yazışmaları və ya fotoşəkilləri göstərəsən. Biz cütlüklərin bir-birilərinə baş çəkməsinə icazə verdik, ancaq gizlilik hüququnu ləğv edə bilmərik” deyə danimarkalı siyasətçi Christian Hegaard Twitterdə yazıb.

İndi yalnız sevgililərdən əlaqədə olduqlarını göstərən sənədləri tələb edirlər.

Xatırladaq ki, koronavirus səbəbiylə Danimarka 14 martda sərhədlərini bağlayıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*