Ukrayna Danimarkanın verdiyi F-16 qırıcılarından Rusiyadakı hərbi hədəflərə hücum etmək üçün istifadə edə biləcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen Brüsseldə açıqlama verib.
“Bu, yeni mövqe deyil. Biz bunu Danimarka Parlamentinin Xarici Siyasət Komitəsi ilə müzakirə etdikdə aydın başa düşdük ki, bu, özünümüdafiənin bir hissəsidir və təcavüzkarın ərazisindəki hərbi hədəflərə də hücum etmək mümkün olmalıdır”, – deyə danimarkalı nazir bildirib.
Qeyd edək ki, Danimarka 2023-cü ilin avqustunda 19 Amerika F-16 qırıcısının Ukraynaya təhvil verildiyini açıqladı. 2024-cü ildə Ukrayna tərəfinə səkkiz, 2025-ci ildə isə daha 5 F-16 təyyarəsinin veriləcəyi gözlənilir.
Xatirə SADİQ,
KONKRET.az