Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşən və 31 il sonra meyitinin qalıqları tapılan Niftəliyev Adil Kamal oğlu Xaçmaz rayonunda dəfn olunub.
KONKRET.az xəbər verir ki, şəhid yaylım atəşi və Dövlət Himninin sədaları altında ata və anasının dəfn olunduğu Dədəli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimayyəti iştirak ediblər.
Qeyd edək ki, Xaçmaz rayonunun Kiçik Baraxum kənd sakini, 1966-cı il təvəllüdlü Niftəliyev Adil Kamal oğlu birinci Qarabağ müharibəsi zamanı – 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Onun meyitinin qalıqları 31 il sonra Daşaltı kəndində aşkarlanıb.