Daşnak lider Paşinyanı aşağıladı və növbəti mitinqin anonsunu verdi – VİDEObackend

Daşnak lider Paşinyanı aşağıladı və növbəti mitinqin anonsunu verdi - VİDEO

“Bu dəli mitinqdə erməni, “artsax”xalqından və diasporadan səhvlərinə görə üzr istədi. Nikol, üzrxahlıq azdır, çox az. Sən Hadrutu, Şuşanı qaytara bilməyəcəksən, sən bizim ölən oğullarımızı qaytara bilməyəcəksən, sən getməlisən”.

KONKRET.az bu sərsəmləmə ilə martın 1-də İrəvanın Baqramyan prospektində “Vətəni xilas hərəkatı”nın mitinqində ARDF təmsilçisi İşxan Saqatelyan çıxış edib. Daşnak lider bildirib ki, onlar bu gün Nikol Paşinyanın təxribatlarına imkan verməmək üçün yürüş keçirmək istəməyiblər, ancaq mübarizə davam edəcək.

“Baqramyan prospekti – bizim mübarizə meydanımızdır. Bura bizim evimiz, səngərimiz, erməni xalqının döyüş meydanıdır”, deyən Saqatelyan bildirib ki, üçüncü gün keçiriləcək parlament iclasında hökumətlə sual-cavab olacaq.

“Qanuna görə, baş nazir parlament iclasında iştirak etməlidir. Həmin gün biz meydanda mitinq keçirəcəyik, saat 16.00-da bura toplaşacağıq. Sabah etiraz və itaətsizlik davam edəcək”, ARDF təmsilçisi deyib. Eyni zamanda o, prezident Armen Sarkisyana dəstək məqsədilə onun iqamətgahının qarşısına yürüş etməklə bağlı çağırış edib. musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*