David Ananyan: “Bu gün müxalifətin mövcudluğundan əsər-əlamət görmürəm”backend

David Ananyan: “Bu gün müxalifətin mövcudluğundan əsər-əlamət görmürəm”

Hazırda cəmiyyətimizdə böyük əksəriyyətin canfəşanlıq nümayiş etdirməyə həvəsi yoxdur.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri, ictimai xadim David Ananyan “İcmal” proqramında deyib.

“Evdə oturub ağ atlı cəngavər gözləyən bu insanların 60-70%-nə bildirirəm ki, belə bir şey olmayacaq. Biz niyə indiki vəziyyətimizdəyik? Çünki əvəzimizə Rusiyanın döyüşməli olduğuna, Fransanın tarixi ədalətsizliyə yol verməyəcəyinə inanırdıq. İndiki iqtidar hesab edirdi ki, problemləri onların əvəzinə Rusiya həll etməlidir, müxalifət isə əmin idi ki, Rusiya indiki iqtidarı dəyişməli, öz adamlarını onların yerinə təyin etməlidir. Bir sözlə, daxili problemlərimizi həll edərkən hamımız xarici qüvvələrin köməyinə arxalanırdıq. Təbii ki, biz xarici qüvvələrlə, müxtəlif geosiyasi qütblərlə fəal işləməli və ümumi gündəm yaratmalıyıq, lakin öz fəaliyyətsizliyimizə və bacarıqsızlığımıza görə məsuliyyəti daim xarici qüvvələrin üzərinə atmaq bizim həyat qabiliyyətimizin aşağı səviyyədə olduğunu göstərir”, – Ananyan bildirib.

O vurğulayıb ki, bu gün Ermənistanda faktiki olaraq müxalifət yoxdur: “Vətən üçün Tavuş” hərəkatını müxalifət hesab etmirəm. Baqrat Srbazan müxalifətçi deyil, o, milli azadlıq hərəkatının ruhani lideridir. Hələlik bu hərəkatın siyasi komponenti yoxdur. Bu isə o deməkdir ki, hərəkat siyasi gündəm formalaşdırmır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*