“Dedim razıyam, amma bir şərtim var” – Putin Navalnıdan danışdıbackend

“Dedim razıyam, amma bir şərtim var” – Putin Navalnıdan danışdı

Aleksey Navalnının ölümündən öncə Vladimir Putin onun dəyişdirilməsinə razılıq veribmiş.

KONKRET.az xarici mediaya istinadən bildirir ki, bunu səsvermənin ilkin nəticələri elan edildikdən sonra Vladimir Putin seçki qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı danışıqlar Navalnının ölümündən bir neçə gün əvvəl baş verib. “…bəzi həmkarlarım mənə dedilər ki, cənab Navalnı ilə mübadilə etmək ideyası var. Mənimlə danışan şəxs hələ cümləsini bitirmədən mən dedim: “Razıyam”. Yalnız bir şərtim olduğunu əlavə etdim. Bu da ondan ibarət idi ki, Navalnı bir daha Rusiyaya qayıtmasın. Amma təəssüf ki, onun ölümü bu planın gerçəkləşməsinə imkan vüermədi”.

Qeyd edək ki, Navalnın ölümündən sonra onun dəyişdirilməsi ilə bağlı Almaniya və ABŞ dairələrinin Rusiya ilə danışıqlar apardığı barədə xəbəri ilk dəfə onun məsləkdaşı Mariya Pevçix açıqlamışdı.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*