Dəfn mərasimində mərhum tabutdan yas tutanlara “əl elədi” – VİDEObackend

Dəfn mərasimində mərhum tabutdan yas tutanlara "əl elədi" - VİDEO

İndoneziyanın şimali Sulavesi əyalətinin Manado şəhərində dəfn mərasimi zamanı mərhum tabutda “tərpənib”. Videoda dəhşətli bir an yaşanıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Daily Mail nəşri yayıb.

Mənbə bildirir ki, keşiş duaları oxuyarkən və yaxınları mərhumu ağlayarkən, tabutun şüşə panelinin altından mərhumun əli hərəkət edib.

Bəzi istifadəçilər videonu izlədikdən sonra tabutda yatmış şəxsin sağ olduğunu və çıxmağa çalışdığını deyirlər.

İstifadəçilərdən biri yazıb ki, mərhumun yanında bir siçan ola bilər.

Nəşr xatırladır ki, Avstraliya mütəxəssisləri bir sınaq keçiriblər və ölümdən sonra insan orqanizminin uzun müddət hərəkət edə biləcəyini sübuta yetiriblər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*