Qarabağ separatçısı yeni müharibənin anonsunu verib.
KONKRET.az xəbər verir ki, bu barədə Qarabağdakı qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Samvel Babayan danışıb. O deyib ki, dəhliz məsələsi Ermənistandan asılı deyil.
“Dəhliz verib-verməmək Ermənistandan asılı deyil. Əgər tarixə nəzər salsaq, o zaman görərik ki, Qaregin Njdeni vaxtilə İran özü silahlandırıb, himayə edib və bunu indiki kimi eyni səbəblərə görə edib. Njde Ermənistanı tərk edərək məhz İrana gedib.
Dəhliz olmayacaq, bunu unudun, amma müharibə olacaq və buna hazırlaşmaq lazımdır, – deyə separatçı çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az