“Dəhlizin İran üzərindən həyata keçirilməsi də mümkündür” – Uraloğlubackend

"Dəhlizin İran üzərindən həyata keçirilməsi də mümkündür" - Uraloğlu

Türkiyə Prezidentinin Naxçıvana səfəri zamanı biz nazirlər səviyyəsində vəziyyəti müzakirə etdik. Zəngəzur marşrutu Türkiyədən Bakıya xətləri təmin edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu məlumat verib.

“Bu, Mərkəzi Dəhlizin mühüm marşrutlarından biri olacaq. Hal-hazırda danışıqlar davam edir. Naxçıvandan Dilucu sərhəd-keçid məntəqəsinə qədər xətt çəkilib, 14 kilometr uzunluğunda yeni xəttin təmiri və tikintisi gündəmdədir. Zəngəzur dəhlizinin 43 kilometrlik hissəsi Ermənistanla sərhəddən keçir. Bu, Ermənistan tərəfi ilə müzakirə olunur. Dəhlizin İran üzərindən həyata keçirilməsi də mümkündür. Biz bunu necə tez reallığa çevirəcəyimizi düşünürük”, – deyə nazir bildirib.

Nazirin sözlərinə görə, orta dəhliz hazırda ən qısa və təhlükəsiz yoldur. Bakıdan Tiflisə və Qarsa qədər davam edən dəmir yolu xətti var, lakin daha qısadır.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*