Rusiya ordusu Xarkov vilayətinin şimalında, Vovçansk şəhərinin qərb hissəsində irəliləyib.
KONKRET.az xəbər verir ki, bu barədə sentyabrın 7-də dərc edilmiş geolokasiyalı videogörüntülərə istinadən Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
Məlumata görə, rusların hücumu Volçansk neft emalı zavodu istiqamətində qeydə alınıb. Analitiklərin fikrincə, Moskvanın məqsədi Ukrayna qoşunlarını Rusiya Federasiyasının Belqorod vilayəti ilə sərhəddən uzaqlaşdırmaq və Xarkovu artilleriya atəşinə yaxın məsafədən nəzarətə götürməkdir.
Qeyd edək ki, bundan əvvəl Ukrayna ordusunun Donetsk vilayətində uğur qazandığı bildirilib. Baş Qərargahın məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Zareçnoye kəndini azad edib. Həmçinin, “DeepState” monitorinq layihəsinin analitikləri Donetsk vilayətində üç yaşayış məntəqəsi, Razino, Zolotoy Kolodets və Novotoretske istiqamətində rusların geri oturdulduğunu, Vladimirovkanın isə tam təmizləndiyini açıqlayıblar.
Müşviq Tofiqoğlu,
KONKRET.az