Rusiya generalı Aleksandr Otroşçenko Krımda baş verən An-26 təyyarə qəzasında həlak olub. Rusiya mətbuatının verdiyi məlumata görə, faciə nəticəsində Şimal Donanmasının baş qərargahının daha altı zabiti də həyatını itirib.
KONKRET.az xəbər verir ki, Aleksandr Otroşçenko Rusiyanın Şimal və Qara dəniz donanmalarının dəniz aviasiyasına rəhbərlik edirdi. O, 2024-cü ildə Şimal Donanmasının qarışıq aviasiya korpusunun komandiri vəzifəsinə təyin edilmişdi. Qeyd edək ki, məhv edilən general Krımın işğalında və Rusiyanın Suriyaya hərbi müdaxiləsində birbaşa iştirak edən əsas fiqurlardan biri idi.

Natiq Səlim,
KONKRET.az
