Dəhşətli qəzada ölənlərin biri PTX-nin əməkdaşı idi – FOTObackend

Dəhşətli qəzada ölənlərin biri PTX-nin əməkdaşı idi - FOTO

İyunun 5-i gecə saatlarında Qazax rayonu Əskipara kəndi ərazisində baş verən qəzada ölən 4 nəfərdən biri Prezidentin Təhlükəsizlik Xidmətində xidmət edirmiş.

KONKRET.az unikal-a istindən xəbər verir ki, 1997-ci il təvəllüdlü Ramal Vəliyev PTX-də baş çavuş rütbəsini daşıyıb. O, qəza zamanı sükan arxasında olub.

Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatdakı ilkin ehtimala görə, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub.

Xatırladaq ki, kənd ərazisində BMW markalı avtomobil ağır qəza törədib. Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan üç sərnişin – 1997-ci il təvəllüdlü Nəsirov Rafət Mahir oğlu, 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu və 2000-ci il təvəllüdlü Əhmədov Zaur Mahmud oğlu hadisə yerində həyatlarını itiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*