Dəhşətli təyyarə qəzası – Pilot yoxa çıxdıbackend

Dəhşətli təyyarə qəzası - Pilot yoxa çıxdı

Rusiyanın Murmansk vilayətində yerləşən İmandra gölündə təkmühərrikli hidrotəyyarə uçuş zamanı qəzaya uğrayıb. 

KONKRET.az xəbər verir ki, u barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, su anbarı Tıq-Quba qəsəbəsi ərazisində yerləşir. “Orion-11” hidrotəyyarəsinin pilotu icazəsiz uçuş həyata keçirməyə cəhd edib. Üstəlik, uçuş və ona hazırlıq qaydalarını pozub. Nəticədə təyyarə qəzaya uğrayıb.

“Orion 11″ gölün 4-5 metr dərinliyində yerləşir”, – məlumatda deyilir.

Hazırda hadisə yerində dalğıclar işləyir. Hidrotəyyarənin pilotunun axtarışına ümumilikdə fövqəladə hallar xidmətinin 19 əməkdaşı və səkkiz xüsusi texnika cəlb olunub./publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*