DEJAVÜ: Cənubi Qafqazda 100 il əvvəl TƏKRARLANIR – Yenə SSRİ?backend

DEJAVÜ: Cənubi Qafqazda 100 il əvvəl TƏKRARLANIR - Yenə SSRİ?

Zəngəzur dəhlizi hələ 1918-20-ci illərdə rus imperiyası və erməni faşizminin diqqət mərkəzində olub.

KONKRET.az xəbər verir ki, Daşnaksütyun partiyasının siyasi göstərişlərində Zəngəzurun strateji əhəmiyyəti ilə bağlı direktivlər hazırlanırdı.

Qeyd edək ki, 1918-ci il may ayının sonunda Azərbaycan, Gürcüstan və Ermənistan müstəqil olduqdan əvvəl və sonra regionda ciddi proseslər baş verdi.

Əvvəl…

Bu hadisələrin içərisində ən dəhşətlisi 1918-ci ilin martında erməni Daşnaksütyun partiyasının dəstələri tərəfindən Bakının və ətraf kəndlərin müsəlman əhalisinə qarşı törədilmiş soyqırım oldu. Bu soyqırım bütün müsəlman dünyasını sarsıtmışdı. Bir neçə davam edən qətlamlarda on minlərlə dinc sakin öldürüldü. O dövrdə rus bolşeviklər faktiki olaraq bu qırğına göz yumdu. Ya da kömək etdi.

Sonra…

Elə o dövrdə azərbayanlılara qarşı törədilən vəhşiliklərdən hiddətlənən türklər Qafqaz İslam Ordusunu yaratdılar. “Qafqaz İslam Ordusu”nu Birinci Dünya Müharibəsinin son illərində fəaliyyət göstərən Türkiyə-Azərbaycan hərbi birləşməsi kimi də xarakterizə etmək olar. Türk və Azərbaycan qoşunları ilə üzbəüz durmağa cəsarət etməyən erməni xain Andranik (Andranik Ozanyan) dinc sakinlərə divan tuturdu. Onun əsas planılarından biri isə 1918-ci ilin iyulunda Naxçıvanı tutmaq idi. Bu cəhdin qarşısı türk qoşunları tərəfindən qətiyyətlə alındı. Lakin 1918-ci ildə Osmanlı İmperiyası ilə Antanta ölkələrinin bağladığı Mudros barışığından sonra türk qoşunları Cənubi Qafqaz ərazilərini tərk etməyə məcbur oldu.

Dəhlizin 103 il əvvəlki əngəli

Bunun sayəsində Andranik Zəngəzur dəhlizində möhkəmləndi və onun dəstələrinin yerli əhaliyə qarşı terroru sayəsində Zəngəzurda 50 mindən çox dinc insan öldürüldü, sağ qalanlar isə məcburi deportasiya edildi.

Ermənilər 1919-cu ilin əvvəllərində Naxçıvanda da bir sıra qanlı terror törədiblər. 1919-cu ilin iyulunda yerli əhalinin təşkil etdiyi dəstələr erməni qoşunlarını qova bildilər. Bakını tutan 11-ci Qızıl Ordunun gəlişi müvəqqəti olaraq münaqişəni dondurdu. Bu müddət ərzində Azərbaycan torpaqları hissə-hissə ermənilərə peşkəş edildi.

Dejavü…

Artıq bir dəfə tariximizdə olmuş olayın ikincisini yaşamaq üzrəyik:

– II Qarabağ müharibəsində Türkiyənin dəstəyi Rusiyanı müharibədən kənarda qoydu və Ermənistan Azərbaycan ilə təkbətək qaldı.

– Qarabağı tam geri qaytaran və Azərbaycanı Zəngəzura yaxınlaşdıran döyüşlər Rusiyanın müdaxiləsi ilə dayandı.

– Qarabağın separatçılardan azad olunan dağlıq hissəsinə ermənilər qaytarıldı, Rusiyanın sülhməramlı ordusu da bölgəyə yerləşdirildi.

Və bu sülhməramlıların 100 il əvvəlki Qızıl Ordudan fərqi təkcə yenilənmiş silah-sursatdır. Ermənilər 1 əsr əvvəl olduğu kimi ruslarla birgə Zəngəzur planı üzərində işləyirlər. Bu işdə Tehranın da dəstəyini aldıqları üçün Mosva ilə İrəvanın Naxçıvan planı qabarmaqdadır. Lakin hazırda Türkiyə tarixdə heç vaxt olmadığı qədər Azərbaycanın yanındadır:

• Atatürk bolşevik işğalına mane olmadı

• Əbülfəz Elçibəy elə türk telekanalına müsahibədə 1993-də Turqut Özal, ardınca Süleyman Dəmirəlin rəhbərlik etdiyi Türkiyədən lazımi dəstəyin alınmadığı deyib

Bəli, amma Türkiyə-Azərbaycan münasibətlərinin indiki mərhələsi sağlam və möhkəm qardaşlıq bağları ilə daha da möhkəmlənib. İki ölkə arasındakı Şuşa bəyannaməsinin bünövrəsi Ulu Öndər Heydər Əliyevin “bir millət iki dövlət” tezisi ilə qoyuldu desək, yanılmarıq. Odur ki, Türk Dövlətləri Təşkilatının daha da güclənməsi və türk birliyi sərhədlərinin genişlənməsi inandırıcıdır. Kremlin “SSRİ 2” teleserialı isə türkdilli dövlətlərdə yayımlanmayacaq.

Qeyd: Niyə ancaq 100, yaxud 30 il öncə yaşananlar təkrarlanır ki? Olmazmı ki, 521 əvvəlkitək imperiyaya sahib olaq? Bunun üçün münbit şərait də formalaşıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*