Delyaqin: “Hələlik Ərdoğan susur, bu barədə düşünmək istəmir”backend

Delyaqin: "Hələlik Ərdoğan susur, bu barədə düşünmək istəmir"

“Böyük Turan Türkiyə ilə Britaniyanın birgə layihəsidir və Rusiyanı dağıtmaq üçün nəzərdə tutulub”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində politoloq Mixail Delyaqin deyib. O vurğulayıb ki, Rusiyada çox türk subyekti var: “Bunlar Tatarıstan, Başqırdıstan, Yakutiya, Kabardin-Balkariya, Kalmıkiya və yadımdan çıxan digər türk birlikləridir. Hələ mən Sibirdəki tatarları demirəm. Onlar Sibirin hər tərəfində yaşayırlar. Rusiya ərazisində yaşayan türk xalqları Böyük Turan Birliyinə daxil olduqdan sonra Rusiya iqtisadi-siyasi cəhətdən dağılacaq. Çoğrafi baxımdan isə yeni Turan dövləti yaranacaq.

Qlobal layihələrin bizim üçün xoşagəlməz halları onları heç maraqlandırmır.  Böyük Turan ingilislərin rəhbərliyi altında həyata keçirilir. Türkiyəni başa düşmək olar. Onlar İngiltərənin bu layihəsini göydəndüşmə hesab edirlər. Ərdoğanın isə böyüklüyü ondadır ki, o, Çinin Qərb dövlətləri ilə anlaşmağa cəhd etdiyinin fərqindədir. Ona görə də Ərdoğan əla çıxış yolu tapdı.

O, İngiltərə və Çinlə qarşılıqlı əlaqə qurdu və imkan vermədi ki, onlardan biri özünü əsas tərafdaş kimi aparsın”.

Ərdoğanın Böyük Turan layihəsinə münasibətini şərh edən politoloq bildirib ki, Türkiyə prezidenti daim bu proyektin mahiyyətini izah edir və onun qızğın tərəfdarıdır:

“Moldovada soruşsaq ki, sizdə ən yaxşı məktəb hansıdır? Cavab verəcəklər ki, türk liseyi. Bu, hələ 10-15 il əvvəl də beləydi. Əgər Orta Asiyada da həmin sualı versək, eyni cavabı alacağıq. Bəs onların dərsliklərinin hazırlanmasında kimlər iştirak edib? Təbii ki, bizim Türkiyədə təhsil alan çox dəyərli mütəxəssislərimiz bu işi görür. Onlar özləri də hiss etmədən Böyük Turan ideologiyasına xidmət edirlər.

Hələ Ərdoğanın Krımla bağlı planları məlum deyil. Bilirsiniz ki, Ərdoğanın gözü Krımda qalıb. Orada yaşayanların əksəriyyəti Krım türkləridir axı. Biz onları Krım tatarları adlandırırıq. Məsələ burasındadır ki, Ərdoğan hələ Krım üçün pul xərcləmək niyyətində deyil. Günlərin birində deyəcək ki, Krım türklərinin yaşayış səviyyəsi onu qane etmir və onlara Türkiyənin maliyyə yardımları ayrılmalıdır.  Amma hələlik Ərdoğan susur, bu barədə düşünmək istəmir. Vaxtı gələndə bu məsələni dərhal qabardacaq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*