Demokrat.az yazdı, Bakı Dövlət Sirkində tədbirlərin keçirilməsi dayandırıldıbackend

Demokrat.az yazdı, Bakı Dövlət Sirkində tədbirlərin keçirilməsi dayandırıldı

Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçirib.

Bu barədə KONKRET.az-a Sirkdən bildirilib.

Qeyd edilib ki, binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub.

“Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq”, – məlumatda deyilir.

Xatırladaq ki, Bakı Dövlət Sirki SSRİ dövründə tikilən unikal memarlığa malik bu binada 1967-ci ildən fəaliyyət göstərir.

Qeyd edək ki, Bakı Dövlət Sirkində acınacaqlı vəziyyətin olması ilə bağlı Demokrat.az geniş material yayımlammışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*