Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarıldıbackend

Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarıldı

Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*