Dövlət Dumasının deputatı Vitali Milonov abortların qadağan olunmasını təklif edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, Dumada çıxışı zamanı fikir irəli sürüb. Deputat bildirib ki, yalnız həyati təhlükə ilə əlaqəli səbəblərə görə aborta icazə verilə bilər.
O, kişilərin könüllü sonsuzluğunun (vazektomiya) da qadağan olunmasını zəruri hesab edib. Bununla bağlı Səhiyyə naziri Mixail Muraşkoya müvafiq müraciət göndərib.
Duma üzvü bu təşəbbüsünü demoqrafik problemlə izah edib. Qeyd edək ki, bu ilin yazında Dövlət Dumasına özəl klinikalarda abortları qadağan edən qanun layihəsinin təqdim edilməsi planlaşdırılır. Artıq Kursk, Lipetsk vilayətləri və Krımdakı özəl klinikalarda abortdan imtina edilib. Mordoviya, Pskov və Tver vilayətlərində aborta sövq etməyə görə inzibati məsuliyyət tətbiq edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az