Deputat Abşeron rayonunda həbsləri təsdiqlədi: Kimlər saxlanılıb?backend

Deputat Abşeron rayonunda həbsləri təsdiqlədi: Kimlər saxlanılıb?

Hazırda Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları öz işini davam etdirir. Müavinlərin, rəhbər şəxslərin həbsi, yaxud da İcra Hakimiyyətində hansısa əməliyyatın aparılması barədə söhbət gerçək deyil.

KONKRET.az xəbər verir ki, bu barədə modern.az-a 50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə bildirib.

Şahin Seyidzadə

Bununla belə, deputat Abşeron rayonu ərazisində həbslərin olduğunu təqdiqləyib. O bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir neçə vəzifəli şəxsin saxlanılması İcra Hakimiyyətinə tabe olan qurumlardan birində baş verib:

“Abşeron Rayon İcra Hakimiyyətinə tabe olan qurumlardan birində bir, yaxud da bir neçə vəzifəli şəxs tutulub. Dəqiq sayını deyə bilmərəm. Bu da müraciət əsasında Baş Prokurorluq tərəfindən həyata keçirilib. Bu barədə daha ətraflı məlumat çox güman ki, Baş Prokurorluq tərəfindən ictimaiyyətə bildiriləcək. Ancaq Abşeron Rayon İcra Hakimiyyətinin binasında hər hansı axtarış aparılmayıb”.

Qeyd edək ki, dünən Abşeron Rayon İcra Hakimiyyətinin binasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirildiyi və icra başçısının müavinlərinin həbs olunduğu barədə məlumatlar yayılıb. İcra Hakimiyyəti yayılan xəbərləri təkzib edib.

Baş Prokurorluq isə bununla bağlı məlumat yayacağını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*