Deputat Araz Əlizadə reanimasiyaya yerləşdirildibackend

Deputat Araz Əlizadə reanimasiyaya yerləşdirildi

Milli Məclisin deputatı Araz Əlizadə xəstəxanada müalicə olunur.

KONKRET.AZ xəbər verir ki, Araz Əlizadə böyrək çatışmazlığı diaqnozu ilə bir neçə gün öncə “Caspian International Hospital”a yerləşdirilib.

Deputatın müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Məlumatı “Caspian International Hospital”dan APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, Araz Əlizadə həm də Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*